General müsadirə olunan malları villasına aparırmış – APA TV #Shorts

General müsadirə olunan malları villasına aparırmış – APA TV #Shorts

#APATV #Shorts #MəsumRəsulov #general #müsadirə #mal #DövlətGömrükKomitəsi #Fatmayı #Abşeron #ticarət #obyekt #DövlətTəhlükəsizlikXidməti #CinayətMəcəlləsi #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi

General müsadirə olunan malları villasına aparırmış

Həbs olunan Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulov barəsində maraqlı faktlar üzə çıxıb.

APA TV Unikal-a istinadən xəbər verir ki, Məsum Rəsulov gömrük baxışı zamanı müsadirə olunan müxtəlif növ malları məhv etmək adıyla Abşeron rayonunun Fatmayı kəndində olan 2 hektar ərazidə yerləşən 3 mərtəbəli villasının zirzəmisində saxlayırmış.

Daha sonra isə həmin mallar müxtəlif ticarət obyektlərinə verilərək satılırmış.

Qeyd edək ki, Məsum Rəsulov Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi çərçivəsində iyulun 14-də saxlanılıb.

Onun külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Məsum Rəsulov Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

✅ Rəsmi saytımız: https://apa.tv
✅ Rəsmi facebook səhifəmiz: https://www.facebook.com/tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: https://www.instagram.com/apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: https://twitter.com/apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOfficial?sub_confirmation=1

Copyright © APA TV

Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.

REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

社会・政治ニュース動画カテゴリの最新記事